adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ONU BELƏ TANIDIM

ƏBÜLFƏT MƏDƏTOĞLU
79311 | 2020-07-23 09:07

Azərbaycanda sözə,yazı-pozuya, mətbuata və eləcə də ədəbiyyata önəm verən, diqqət ayıran hər kəsonu tanıyır. Necə deyərlər, oxucu olan məmləkət adamlarının böyük əksəriyyətininondan, onun yaradıcılığından xəbəri var.Bunu söz xatirinə, yazıya giriş üçün yazmıram. Əksinə, bunu bir gerçəyi təqdimetmək, onun mahiyyətini varmaq üçün yazıram. Üstəlik, həm də bu fikir mənimonunla bağlı düşüncələrimin ipucudur. Və bu ipucundan yapışıb çözə-çözə biryazının yoluna çıxıram onun barəsində yazmaq istədiyim yazının...

Öncə barəsindədanışdığım söz adamının kimliyini təqdim edirəm:

- Yunus Oğuz!

Mən Yunus bəyi təbiiki, sözündən tanımışam. 90-cı illərdən başlayaraq onun müxtəlif mətbuat səhifələrindəimzası ilə qarşılaşmışam. Və hər dəfə də bu qarşılaşmalar mənim yaddaşıma özizini naxışlayır. Görmüşəm, duymuşam ki, qiyabi tanıdığım Yunus Oğuz imzasıgetdikcə mənə doğmalaşır. Və bu doğmalıq...

Müdriklərin beləbir kəlamı var. O kəlamda soruşulur ki, "qardaşın necə adamdı?”. Cavab daverilir ki, "yol yoldaşı olmamışam!”.

Bəli, zənnimcə nədediyimi və yaxud nə demək istədiymi anladınız. Axı, müdriklər sözü elə-beləboşuna deməyiblər və demirlər də. Qardaşı tanımaq üçün, ona güvəncin, onainancın mahiyyətinə varmaq üçün mütləq yoldaşlıq etməlisən. Bax, mən də artıqyazılarından tanıyıb, kitablarından oxuyub sonra da dostlaşdığım və hərgörüşümüzdə də "Sözün Generalı!” - deyə müraciət etdiyim Yunus Oğuzlayol-yoldaşı olandan sonra onun sözünün və özünün içini də gördüm. Səmimiyyətinin,sadəliyinin və bu sadəlikdəki istiqanlılığın vurğunu oldum. Gördüm ki, bu insanzəhmətkeş olduğu qədər də duyumludur... duyumlu olduğu qədər də sadədir... Sadəolduğu q ədər də mehribandı... mehribanolduğu qədər də anlayışlıdı...



Bizimyol-yoldaşlığımız müxtəlif bölgələrə olub – şimala da, Qarabağa da, elə Bakı ətrafınada. Zarafatlarının, şirin xatirələrinin, təəssüratlarının yola necə körpüsaldığının şahidi olmuşam. Kənardan, qarabağlıların təbirincə desək, bir az təşər, bir az özündənrazı kimi görünənYunus Oğuz əslində o görüntüsüylə həm də özüdü. Dosta ərk edən, yoldaşa könülbağlayan və bir də əli hər kəsin ona uzanmış əlini sıxmağa hazır olan bir Allah bəndəsidi Yunus Oğuz. Bəzənreplikaları, atmacalarıyla, söhbətilə məclisin ovqatını dəyişən, ona təbəssümqatan, onun ahəngini iştirakçıların zövqü səviyyəsinə çatdırmağı bacaran YunusOğuz sözünü, fikrini ifadə etməkdən də çəkinmir. Mən bir canlı şahid kimi onun bu yanaşmasının, bu fəaliyyət tərzininşahidi olmuşam. Ona görə də inamla, həm də qətiyyətlə deyə bilərəm ki, YunusOğuz bütövlükdə Oğuz ellərinin dəyərli ədəbiyyat, söz adamıdır. Onun romanlarıbütövlükdə çoxşaxəli əsərləri türk dünyasında böyük tirajlarla yayımlanır vəyayımlanmaqda da davam edir. Əsərləri xarici dillərə çevrilmiş YunusOğuzun sərhəddimizdən çox-çox uzaqlardakifayət qədər oxucuları var. Hər dəfə Yunus Oğuzun əsərləri ilə bağlı xarici vəölkədaxili agentliklərin, saytların yayımladığı bilgiləri oxuyanda dəyərliSöz Generalının uğurlarına ürəkdənsevinirəm. Çünki bu uğurlar həm Azərbaycan ədəbiyyatına, həm də bütövlükdə Azərbaycanmətbu sözünə aidir.

Dünən, yəni söz adamları üçün önəmli olan mətbuatgünündə Yunus Oğuz üçün ikiqat bayram idi. Çünki o, iyulun 22-də 60 yaşının əlinisıxdı. Görünür, bu da bir alın yazısıdı. Söz, ədəbiyyat adamı məhz Mətbu Sözündoğum günündə dünyaya gəlib. Sadəcə olaraq, Mətbu Söz 145 yaşını, Yunus Oğuz isə60 yaşını qeyd edir. Düşünürəm ki, o 145 yaşın içərisində Yunus Oğuzun sözü dəvar, imzası da. Ona görə də tərcümeyi-halından heç nə yazmasam da, onun "Olaylar”qəzeti və bədii əsərləri ilə birlikdə sözə etdiyi xidməti xatırlamaq yubilyarın60 ili necə şərəflə, ləyaqətlə yaşadığından xəbər verir. Zənnimcə, bu şərəfliömrə ancaq sevinmək düşür. Ona görə də mən yaradıcılığına, şəxsiyyətinə, həm dəsəmimiyyətinə güvəndiyim, ürəyimə doğma bildiyim Yunus bəyi 60 yaşı münasibətiləürəkdən təbrik edir, doğum günün mübarək, Sözün Generalı! – deyirəm.

... Və... Adətəndostların, doğmaların, dəyərlilərin doğum günlərində onlarına şəninə, şərəfinə ənbəlağətli sözlər, ən bəzəkli fikirlər söylənilir. Mən Yunus Oğuzun yaradıcılığıvə şəxsiyyəti barəsində elə onun özü kimi sadə, səmimi beş-altı cümləni qələməaldım. Ümid edirəm ki, bu kiçik dost təbriki Sözün Generalının ürəyincəolacaqdı. Bir daha təbriklər, dəyərlimiz Yunus Oğuz!


TƏQVİM / ARXİV