adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyul 2020 08:50
90422
ŞOU-BİZNES
A- A+

Aynur Samir Piriyevin ailəsinə basqın etdi: Anara onu məhkəməyə verdi - QALMAQAL

Tanınmış müğənni Samir Piriyev 2010-cu ilin iyul ayında teleaparıcı Anara Fətəliyeva ilə ailə həyatı qurub.Aldığımız məlumata görə onun ailəsinin yaşadığı evə basqın edillmişdi.

Hadisə iyun ayının 8-i baş verib. Səhər 12 radələrində 27 yaşlı Aynur adlı gənc bir qadın Piriyevin özü evdə olmadan, ailəsinə basqın edib. Müğənninin həyat yoldaşı Anara Piriyevaya hücum edib. Aynur adlı qadın müğənninin həyat yoldaşını və uşaqlarını yaşadığı evində təhqir edib, fiziki təzyiqlər göstərib. Bu hadisədən sarsıntı və şok keçirən müğənninin həyat yoldaşı Anara Piriyevanın vəkili tərəfindən iyun ayının 9-u Nəsimi rayonu 20-ci bölməsinə şikayət edilib.

Adalet.az xəbər verir ki, mənbədən bildirilir ki, yaxın günlərdə məhkəmə prosesi baş tutacaq.

Məsələ ilə bağlı müğənni Samir Priyev də cavab verib. mediaya danışan S. Priyev ailəsini çox sevdiyini və hər şeyi onlara qurban verməyə hazır olduğunu bildirib: "Mən Anaranı çox sevirəm. Belə söhbətlər etmək bizə yaraşmaz . Ailə məsələlərini ictimailəşdirməyək. Söz söhbət və səhvlər hər yerdə olur. Ailəm mənim üçün hər kəsdən dəyərlidi. O xanımla da dostluq münasibətimiz olub, vəssalam, başqa heç nə ... Mənə əsas ailəmdi”.




Qeyd edək ki, bu müğənninin ikinci evliliyidir. Belə ki, Samir 2007-ci il aprelin 27-də Yeganə Mansurova ilə üç il davam edən evlilik həyatı yaşayıb. Samirin ilk evliliyindən Ayşə adlı qızı, ikinci ailəsindən isə Fərəh adlı qızı və Nicat adlı oğlu var.

Əntiqə Rəşid