adalet.az header logo
  • Bakı 11°C
22 Iyul 2020 11:48
13466
SAĞLAMLIQ
A- A+

Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır, stabil olaraq qalır”.

BunuOxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, Əməkdar artistin hemodinamik göstəriciləri qaydasındadır:

"Udqunma və qidalanmada narahatlıq müşahidə edilmir. Fəaldır, yeriyir.Mövcud olan traxeostomik boru daha kiçiyi ilə dəyişdirilib. Son iki gün ərzində həmin boru qapalı saxlanılıb və xəstə fizioloji yolla, burun-ağız yolu ilə tənəffüsdədir.

Yaxın günlərdə həmin borunun da tamamilə çıxarılması nəzərdə tutulur. Ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsini nəzərə alaraq, infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.