adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Iyul 2020 10:50
15407
DÜNYA
A- A+

Britaniya xüsusi xidmət orqanlarına geniş səlahiyyət verəcək

"Times"in yaydığı məlumata görə Böyük Britaniyanın baş naziri Boris Conson xüsusi xidmət orqanlarına geniş səlahiyyət verməyə hazır olduğunu bildirib.

Hökumət "ölkə ərazisində düşmənlərin" fəaliyyəti ilə mübarizə aparılmasını işinin gücləndirilməsi üçün yeni qanunlar qəbul etməyi planlaşdırır. Yeni qəbul ediləcək qanunlarda rəsmi olaraq ABŞ və Avstraliyanın nümunəsində "xarici agentlərin reyestri" hazırlana bilər. Bu qanuna görə ölkə ərazisində fəaliyyəti barədə məlumat verməyən şəxslər, ölkədən deportasiya oluna və yaxud həbs edilə bilər.

Bildirilir ki, ABŞ-da xarici agentlərin fəaliyyəti ilə bağlı qanun ( FARA) 1938-ci ildə qəbul olunub. Bu qanuna əsasən Birləşmiş Ştatlar ərazisində xarici agent kimi qeydiyyata düşən şirkət və üzvüləri, 
maliyyə və fəaliyyət sferaları barədə ətraflı məlumat verməlidirlər.

Britaniya patlamentinin dünənki iclasında kəşviyyat komitəsinin təqdim etdiyi məruzədə, Rusiya Fedarasiyasının Britaniya siyasətinə müdaxiləsi məsələsi müzakirə olunub. Bu qanunun hazırlanması da çox güman ki, Rusiyanın son vaxtlar xarci dövlətlərin siyasi həyatına - seçkilərə müdaxiləsi ilə bağlı yayılann məlumatlarla bağlıdır

Rusiya Federasiyası bu dəfə də, Prezident Putinin mətbuat katibi Dmitri Peskov tərəfindən təkzib olunub. Mətbuat katibi demokratik xarici mətbu orqanların Rusiyanı başqa dövlətlərin ərazisində o ölkələrin siyasiətinə müdaxilə etməsi məsələsini "boş sözlər" adlandırıb. Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrov isə, Rusiyanın güya xarici dövlətlərdə keçirilən seçkilərə müdaxiləsi barədə deyilən iddiaların heç bir sübuta söykənmədiyini bildirib. "Belə bir fakt ortada yoxdur"- deyə RF-sı XİN-nin rəhbəri bəyan edib.

Rüstəm HACIYEV