adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Iyul 2020 10:43
15840
DÜNYA
A- A+

Çin pandemiyadan sonra yeni fəlakətlə üz-üzə - VİDEO

Çində güclü yağışlardan sonra başlanan daşqınlar davam edir. Artıq bir neçə milyon insan fəlakətdən əziyyət çəkib. Su isə geri çəkilmir.

Vesti.ru xəbər verir ki, Uhanda bəndin dağılmaması üçün daha bir istehkam tikilir.

Çin hökuməti daşqından dəymiş ziyanı 12 milyard dollar həcmində qiymətləndirib.

Xilasedicilər sağ qalan, evlərin ətrafında su içində köməyə çağıran insanlara yardım etməyə çalışırlar.

Anhui əyalətində vəziyyətin daha kritik olduğu bildirilir. Ölkənin bu bölgəsinin cənubundan Yantszı, şimalından isə Xuanxeçaylarıaxır. Böyük su kütləsi, demək olar ki, bütün şəhərləri əhatə edir.

Sinoptiklərin proqnozları isə ürəkaçan deyil. Pekin də hər ehtimala qarşı təbii fəlakətlə bağlı ehtiyat tədbirləri görür.