adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyul 2020 10:28
49585
ŞOU-BİZNES
A- A+

Sevinc-Sevil bacılarına etiraz: Bayrağı sürüməzlər, o, müqəddəsdir

İctimaiyyətə tanındıqları gündən qalmaqalları, yanlışlıqları, səhvləri ilə hər zaman izləyicilərdə, tamaşaçılarda qəzəb hssi yaradan Sevil və Sevinc Səfərovalar müğənni Ceyhun, Roza Zərgərli, Xatun, Tolik və başqaları ilə qalmaqallar yaşayıblar. Hətta Rozanın "Onlar nəinki sənətdə, heç həyatda yoxdular” sözləri böyük ajiotaj yaratmışdı.

Adalet.az xəbər verir ki, Sevil-Sevinc bacıları sosial mediadakı paylaşımları ilə növbəti dəfə istifadəçilərinin qəzəbinə tuş gəliblər. Onların son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirdikləri fotonu yayımlayıblar.

İnstaqram hesabındakı fotoda: bayrağı libas kimi istifadə edib onu yerlə sürüyən bacılar hər kəsin sərt reaksiyasına səbəb olublar. Hətta izləyicilərdən biri" Bayraq şəhidlərin qanı ilə müqəddəsləşib. Müqəddəsi isə yerlə sürüyərək özünüzün reklamınıza alət etməyin "-deyə yazıb. Həmin rəy silinsə də, gələn tənqidi rəyləri nəzərə alaraq əkizlər fotonun şərh bölümün bağlayıblar.



Qeyd edək ki, bacıların etdiyi yanlışlıqlar, səhvlər sırf bilgizlikdən, savadsızlıqdan, az məlumatlı olmaqdanqaynaqlanır-desək yanılmarıq.

Əntiqə Rəşid