adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Iyul 2020 10:15
58765
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: GÜNÜN MESAJI

Var idim, ya heç idim
söylə , bu ana qədər...
İynə gözündən keçdim -
məni duyana qədər...

Yüküm ağır, yol uzaq
Dərd də bir cür yalquzaq...
Qorxurdum ki, uduzaq -
Dözməyək sona qədər...

İçdə hər gün didişdim
Bu sonuncu gedişim...
Çağır, gəlim yetişim -
Üçə yox, ona qədər!..

Düşün , sən mənsizliyi
Sünbülün dənsizliyi...
Ömrümdən sənsizliyi -
Silə, ya yona qədər!

Ömrümdən sənsizliyi -
Bir yolluq yona qədər