adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Iyul 2020 09:14
14815
DÜNYA
A- A+

Fransada ikinci dalğa xəbərdarlığı

"Fransaya payızda koronavirusun ikinci dalğası gələ bilər”.

Bu barədə BFMTV-yə Fransa hökuməti yanında Elmi Şuranın rəhbəri Jan-Fransua Delfressi danışıb.

Onun sözlərinə görə, üç mümkün ssenari var - virus cənub yarımkürəsindən şimala keçəcək və payızda və ya qışda yox olacaq; əsl ikinci dalğa olacaq; virus geri qayıdacaq və xroniki xəstəliyə çevriləcək - yayılacaq, sonra azalacaq, daha az intensivliklə il boyu davam edəcək.

J.Delfressi bildirib ki, ən ehtimal olunan ssenari ikinci dalğadır və bu, oktyabrdan dekabra qədər davam edə bilər.