Şəhid gizirimiz Yaşar Babayevin yeni doğulan övladı bu gün xəstəxanadan çıxarılıb
Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olan 12 hərbi qulluqçumuzdan biri də gizir Yaşar Babayevdir. Ağstafa rayonunun Köçəsgər kəndinin sakini Yaşar Babayev ailəli olduğu 8 il ərzində övlad həsrəti ilə yaşayırdı. Səkkiz ildən sonra ona övlad nəsib oldu, lakin o, körpəsinin doğulduğu günü görə bilmədi.
Şəhid gizirimiz yolunu gözlədiyi qızına Narin adını vermişdi. Bu gün balaca Narin doğulduğu xəstəxanadan çıxarıldı. Xəstəxanadan atası ilə çıxmaq Narinə nəsib olmasa da o, tək də deyildi. Vətənpərvər insanlarımız, könüllülər bu günündə onun yanında idilər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Digər Xəbərlər
25 Aprel 2024 11:31
Prezidentlər Füzulidə dağıdılmış yerlərə baxdı
25 Aprel 2024 11:23Əli Əhmədovun bu hərəkəti prezidentləri güldürdü - VİDEO
25 Aprel 2024 11:21Sadır Japarov Füzuliyə getdi
25 Aprel 2024 10:57Orduda komanda-qərargah təlimləri keçirilir - VİDEO
25 Aprel 2024 10:55