adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Iyul 2020 21:00
54949
ŞOU-BİZNES
A- A+

Şarliz Teron son filminin çəkilişlərinə görə üç dəfə əməliyyat olunub - VİDEO

Amerikalı aktrisaŞarliz Teron "The Old Guard” filminin çəkilişlərinə görə üç dəfə əməliyyat olunub.

"Stellar Magazine”in məlumatına görə, bu barədə Hollivud ulduzunun özü açıqlama verib.

O bildirib ki, "Netflix” üçün yeni döyüş filmi üzərində işləyərkən 44 yaşlı artist bir çox fəndləri özü həyata keçirib, bu isə müxtəlif xəsarətlərə səbəb olub: baş barmağının bağı qırılıb, dirsək siniri əzilib, bununla da əlinin idarəetməsini, demək olar ki, itirib.

"Film bitəndən sonra anladım ki, üç əməliyyata ehtiyac var”, - deyəŞ.Teron bildirib.

O, travmalara baxmayaraq, çəkilişlərdə sona qədər iştirak etdiyini deyib.