adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BAŞIMIZIN ALTINDA YASTIQ

FAİQ QİSMƏTOĞLU
42450 | 2020-07-21 13:08

Biz çox vaxtbaşımızın altına yastıq qoyub yatırıq. Nə gördüyümüzə inanırıq, nə də eşitdiklərimizə!Və bir də görürsən ki, vay, dədəm vay, bugördüklərimiz və bu eşitdiklərimiz gəlib bizim boğazımızdan yapışıb. Özüdə boğazımızdan elə yapışıb ki, nə illah eləyirik boğazımızı onun əlindən xilaseləyə bilmirik. Bu məqamda da hər şeydən əlimiz üzülür, göydə Allahayalvarırıq, yerdə də xeyirxah insanlara ki, gəlib bizi bu bəladan qurtarsın!Artıq heç Allah da bizim səsimizi eşitmir. Yaxşı insanların da gücü tükənib...

... Dörd aydançoxdur ki, ölkəmizdə bəşəriyyətin ən böyük bəlası olan epidemiyaya – koronavirusaqarşı mübarizə aparılır. İnsaf naminə deyək ki, bir neçə məsələləri istisnaedilməklə dövlət səviyyəsində bu bəlaya qarşı çox güclü mücadilə aparılır. Hərcür preparatlar, dərmanlar ölkəyə gətirilib, 200-dən çox süni tənəffüz aparatıxaricdən gətirilərək xüsusi ixtisaslaşdırılmış xəstəxanalarda yerləşdirilib.Üstəlik də bu virusa yoluxanlar həddindən çox olduğu üçün yüngül xəstələrpoliklinikalar tərəfindən ev şəraitində müalicə edilirlər. Amma bir məsələ varki, vəzifəli, tanınmış adamlara daha çox qayğı göstərilir, adi insanlara isəbir o qədər diqqət edilmir. Bax, bu məsələlər istər-istəməz əhalinin böyük əksəriyyətindənarazılıq yaradır.

Sərt karantinrejiminin uzadılması heç də əhali tərəfindən birmənalı qarşılanmır. Operativ Qərargahkonkret faktlara əsaslanaraq insanları maarifləndirir ki, sərt karantin rejimitətbiq edilməsəydi, virusa yoluxma halları daha da yüksələrdi. Bu məlumatda təbiiki, həqiqətlər də var. Çünki ikinci sərt karantin rejimi tətbiq olunandakoronavirusa yoluxanların sayı gün ərzində 597-ə çatırdı. İkinci sərt karantinrejimindən 16-17 gün keçir, həqiqətən də koronavirusa yoluxanların sayı əvvəlkivaxtla müqayisədə azalıb. Məsələn, iyulun 20-ə olan məlumata görə, bu yoluxmafaktı 347 olub. Sağalanlar isə 500-dən yuxarıdır. Təbii ki, bu müsbəttendensiya onu göstərir ki, sərt karantin rejimi çətin də olsa, insanların həyatınıbu virusdan xilas edir. Bütün bunlar reallıqdır və bunu qəbul etməmək cahillikolardı.

Əhalinin böyük əksəriyyətiikinci və üçüncü sərt karantin rejimində bu qaydalara əməl etməyə başlayıb. Eləbunun özü də müsbət bir addımdır. Deməli, Operativ Qərargahın və eləcə də mütəxəssislərinapardığı maarifləndirmə işləri zaman-zaman öz müsbət nəticəsini verməkdədi.Bircə qalır ağır xəstəliyə düçar olan insanların sağalmasına və bir də əhalinindavamlı olaraq sərt karantin rejiminə ciddi əməl etməsinə. Əlbəttə, bütünbunlar paralel aparılanda istər-istəməz görülən işlərlə öz müsbət nəticəsinigöstərir.

Operativ Qərargahabizim bəzi təkliflərimiz var. Məsələn, karantin rejiminin tətbiq olunduğu şənbə-bazargünlərində Bakının bütün küçə və prospektləri mütəmadi olaraq dezinfeksiyaolunur. Biz demirik ki, küçə və prospektlərin dezinfeksiya edilməsi yaxşıdeyil. Amma ondan da yaxşı odur ki, küçə və prospektlər dezinfeksiya edilənəcəninsanların yaşadığı binalar, onun blokları, həyətlər dezinfeksiya edilməlidir.Üstəlik də, əhalinin ən çox gəzdiyi parklar, xiyabanlar və səkilər daha davamlıolaraq dezinfeksiya edilsə yaxşı olar. Çünki mikroblar avtomobil yolundan çoxyaşayış yerlərinin həyətlərində, bloklarda və mənzillərin yaxınlığında qoyulanzibil yeşiklərində olur.

Əlbəttə, bütün məsələlərgündəmdə saxlanılsa, Operativ Qərargahın gördüyü işlər daha effektiv olar. Bax,biz bir məsələni xatırlamaq istəyirik. Yeni Günəşli yeganə yaşayış sahəsidirki, orda əhalinin istirahəti üçün böyük bir park yoxdur. Belə ki, icrabaşçıları harda boş yer varsa, ya onları ticarətçilərə satır, ya da mənzil-tikintikooperativlərinə. Camaat belə bir çətin və sıxıntılı anlarda evindən çıxıb yaşıllıqlarolan yerdə təmiz hava qəbul edə bilmir. Əlacıkəsilən "D” massivində yaşayan sakinlərin çoxu axşam saatlarında 282 nömrəlitam orta məktəbin həyətində və stadionunda gəzirlər. Heç olmasa camaatın buisti yay günlərində sığınacaq tapdığı bu məktəbin həyəti və stadiondezinfeksiya edilməlidir. Heç kim deyə bilməz ki, əhalinin hər gün sıx hərəkətetdiyi həmin yerlərdə koronavirus yoxdur.

Başqa bir məsələisə avtobuslarla bağlı problemlərdi. Adamın Allahı olar, son bir neçə həftədə mətbuatın,eləcə də bizim sərt tənqidlərimizdən sonra Bakı Nəqliyyat Agentliyi səhər vəaxşam saatlarında sərnişindaşıma sahəsində avtobuslar arasındakı intervalıazaldıb. Üstəlik də bütün metrostansiyaların yanındakı dayanacaqlarda Bakı NəqliyyatAgentliyinin əməkdaşları fəaliyyət göstərirlər. Onlar avtobuslar arasındakı məsafənitənzimləməklə yanaşı, avtobusa minir, maska taxmayan sərnişinlərə maska taxmağıtövsiyə edir. Çünki bir çox sərnişinlər avtobusa minərkən maskanı çənəsinəsalır və maskasız getmək istəyirlər. Bu zamanisə məlum qurumun əməkdaşlarının təkidindən sonra bəzi məsuliyyətsiz sərnişinlərmaskanı taxmağa məcbur edilirlər.

Professor AdilQeybulla da bildirir ki, insanların evdəqalmağından çox, sanitar-gigiyenik qaydalara əməl etməyi və maska taxmağı dahavacibdir. Onları evdə saxlamaq sonradan bir çox psixoloji xəstəliklərinyaranmasına gətirib çıxarır. Bəli, professorun dediyində çox böyük həqiqət var.Evdə qalmaqdansa, sanitar-gigiyenik qaydalara əməl etməklə iş fəaliyyətlərinidavam etdirmək daha uğurludur. Məsələn, Yaponiyada əhali nəinki iş yerlərində,küçə və prospektlərdə də maska taxır. Amma yenə iş fəaliyyətlərini davametdirirlər. Biz yaponlardan ağıllıyıq? Görünür, bu məsələlər daha çox diqqət mərkəzindəsaxlanılmalıdır.

Son vaxtlarpolisin avtobuslarda sərnişinlərə nəzarəti bir qədər azalıb. Əgər Bakı NəqliyyatAgentliyi bu məsələlərdə məsuliyyəti qat-qat artırırsa, polis əməkdaşlarınınpassiv fəaliyyəti bizi daha çox narahat edir. Çünki bir çox sərnişinlərİnzibati Xətalar Məcəlləsindəki 211-cimaddənin məsuliyyətindən çəkinirlər. Maska taxmayan sərnişinlər cərimə ediləndəistər-istəməz digərləri də məsuliyyət hiss edir və davamlı olaraq maskataxırlar.

Ən çox da beləhallar metronun "Neftçilər” stansiyasından "Yeni Günəşli” yaşayış sahəsinə doğru  hərəkətedən 50 nömrəli marşrutda baş verir. Dəfələrlə maska taxmayan sərnişinlərəiradımızı bildirsək də, onlar yenə maska taxmayıb və hətta "siz kimsiniz,polissiniz?” – deyib bizə etiraz edirlər. Ona görə də 50 nömrəli marşrutda hərəkətedən avtobuslara polis nəzarəti gücləndirilməlidir ki, ordakı sərnişinlərmaskalardan istifadə eləsinlər.

Kimin nəzarətedib-etməməsindən asılı olmayaraq, biz hər birimiz daha diqqətli olmalıyıq.Başımızın altına yastıq qoyub yatmamalıyıq ki, bu işi Operativ Qərargah, polisvə həkimlər görməlidir. Koronavirus bəşəriyyətin elə bir bəlasıdır ki, bunayoluxmamaq üçün nəinki adını çəkdiyimiz qurumlar, hətta hər bir insan mücadiləetməlidir. Bizim hər birimiz mücadiləetsək, sağ qalacağıq. Mübarizəaparmasaq, tay xəstəxanalarda da yer yoxdur, elə evimizdə yıxılıb öləcəyik!!!

TƏQVİM / ARXİV