adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"Cəsur ürəy"ə baxıb kədərlənən məsum xalqım... - Eminquey yazır

EMİNQUEY AKİF
72697 | 2020-07-21 11:51

Və artıq erməniləröz corab məğlubiyyətlərini tərs üzünə çevirib qəhrəmanlıq nümunəsi adı altındafilm düzəldiblər. Guyammış ki, bütün hadisələr Tavuşda baş verib. Guyammış ki,biz ATƏT-ə görk olsun deyə UAZ-la bunların ərazisinə keçmişik, duxumuz çatmayıb,geri qayıdanda da ölmüşük. Guyammış ki, təcüvüzkar olan bizik, dinc əhaliyəgüllə atan və susdurulan bizik və sairətən və ilaxıratan.

Birincidirmi?Xeyr!

Sizə nümunələrverirəm.

Youtube-da ArshakZakaryan, Arthur Armenian, Ari Janessian, Khachakirner20 adlı kanalları izləyin.

2004-cü ildəKanada Milli Film Şurası tərəfindən fransız dilində hazırlanan "My son Shall beArmenian” (Mənim oğlum erməni olacaq) filminə baxın.

2016-cı ildəçəkilən "The Promise” filmini izləyin.

2017-ci ildəçəkilən "Armenia, my love” filmini izləyin.

Bunlardayanmırlar.

Öz məğlubiyyətlərinibelə qələbə kimi dünyaya sırımaqda mahirdirlər.

Bir də ayıqolun, ətrafınızdakı adamları incləyin, ermənilərlə dost çıxa bilərlər. Şəxsən mənelə bir adamın erməni profilləri ilə dostluğunu görmüşəm ki, hələ də özümə gələbilmirəm. Sizin üzdə tanıdığınız ermənipərəstləri demirəm.

TV-lərimiz nəetmək istəyir?

"Mahmud və Məryəm”inyeridi?

Niyə bu neçəgündə son döyüşlər haqqında iki-üç videorolik hazırlayıb göstərmirlər?

Niyə əllərindəolan efirdən təbliğat üçün istifadə etmirlər?

"Haber qlobal” kimi türk kanalları bizimbaşımıza gələnləri bizdən yaxşı analiz edir. Niyə?

Əlimizdə buqədər bəla varkən niyə müharibə filmlərimiz azdır?

Niyə qazilərimizin,Qarabağ döyüşçülərimizin başlarına gələnləri filmə çevirmirlər?

Axı bu 30ildə çox şey edilməli idi?

Axı bu 30ildə sərsəm filmlərə xərclənən pullardan neçə-neçə müharibə filmi çəkməkolardı?!

Axı ƏdilArifoğlunun kadrlarına baxanda Qarabağda döyüşən əsgərlərimizin üzündən vəhşilik,terrorçuluq yağmır. Axı o adamlar uşaq başı kəsənə, hamilə qadın zorlayanoxşamır.

Müharibə təkcəcəbhədəmi olur?

Axı kifayət qədər aktyorumuz, rejissorumuz var. 

Ssenarimiz də ki taleyimiz, başımıza gələnlər. Xammalımız boldur.

Dərd bizimdeyilmi?

Allahaqqı,biz özümüz dünya boyda dərdik. "Fəryad"ımızdan mələklər diksinər,danışmağa bəs qədər "Yarımçıq xatirələr"imiz var, "Atılmamışgüllələr"imiz qayıdıb özümüzə dəyir, "Arxada qalmış gələcəy"əbaxıb köks ötürürük və gözlərimiz "Dolu", "Haray"ımız ağrılı,"Yaddaş"ımız qan içində deyirik ki, bu "Dönüş" düşmənəxeyirli olmayacaq, "Girov" götürülmüş intiqam hissimizi azad edib,"Son nəfəsədək" döyüşüb, "Canavar balası"nın boğazını üzüb"Biz qayıdacağıq".

Ağrılarından film düzəldə bilməyən, "Köhnə tüfəng"ə,"Pianoçu"ya, "Apokalipsis"ə, "Cəsur ürəy"ə baxıbkədərlənən məsum xalqım...


TƏQVİM / ARXİV