adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Iyul 2020 10:12
41557
MƏDƏNİYYƏT
A- A+

Koronavirusa yoluxan xalq artisti Nəzakət Teymurova sağalıb

Koronavirusdan sağalan xalq artirti Nəzakət Teymurova Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edib.

Adalet.az-ın məlumatına görə, bu barədə xalq artisti "Facebook" səhifəsində etdiyi paylaşımda bildirib:

"Hörmətli Mehriban xanım! Bir sənət insanı olaraq Sizin qayğınızı hər zaman hiss etmişik. Bu çətin günlərimdə , amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdi. Xəstəxanada yatarkən Sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm ! Allah Sizi qorusun!" - deyə xalq artisti qeyd edib.