adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Iyul 2020 21:09
47055
ƏDƏBİYYAT
A- A+

Kamal Abdullanın yeddi cildliyinin ilk cildi işıq üzü gördü

Xalq yazıçısı, akademik Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq üzü görüb. Birinci cildə yazıçının üç romanı, həmçinin həyatı, elmi, bədii yaradıcılığı ilə bağlı yalnız faktlardan ibarət məlumat daxil edilib.

Kult.azxəbər verir ki, yazıçının ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı "Yarımçıq əlyazma” ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

"Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman – Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə "525-ci qəzet”in "İlin romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin "Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə "Humay” mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə "Yarımçıq əlyazma” İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno” mükafatının ("Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

"Sehrbazlar dərəsi” romanı Bakıda oxuculara 2006-cı ildə təqdim olunub. Sufi dərvişlərin həyatından bəhs edən əsər Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013) Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), Amerikada (2015), İtaliyada (2016), Rumıniyada (2019) nəşr edilib.

"Unutmağa kimsə yox” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman "И некого забыть” adı ilə 2015-ci ildə Bakıda rus dilində, 2016-cı ildə Moskvada "Xudojestvennaya literatura” nəşriyyatında "Под сенья Карагача” kitabında çap edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur "Bengü” nəşriyyatında Arif Acaloğlunun tərcüməsi və önsözü ilə işıq üzü görüb.