adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Iyul 2020 17:45
8608
GÜNDƏM
A- A+

Ev şəraitində müalicə olunanların sayı açıqlandı

Ev şəraitində COVİD-19-a yoluxan və ambulator şəraitdə müalicə olunan 12 862 nəfər qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, 8 mindən artıq şəxsin müayinə cavabı mənfidir. Mənfi olsa da əlamətləri şübhəlidir. Digərləri isə əlaməti olanlardır. Hər gün onların bir qismi sağalır. Dünən 557 nəfər, bu gün 252 nəfər sağalıb. Poliklinikalara hər gün 400-500 nəfər müraciət edir. Hazırda 6 000 nəfərdən yaxma götürülüb".

N.Zeynalov bildirib ki, ev şəraitində müalicə olunan şəxslərə hazırda dərman preparatları çatdırılır: "Bu prosesdə ləngimələr yoxdur. Əvvəllər bu prosesdə ləngimələr olurdu. Hazırda bu problem aradan qaldırılıb və ehtiyacı olan şəxslərə vaxtında derman preparatları çatdırılır".