adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Iyul 2020 16:52
8207
GÜNDƏM
A- A+

Müalicə alan hərbçinin qazdan istifadəyə görə borcu ödənildi

Masallı rayonu Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə yaranan borcu barədə mətbuat səhifələrində xəbər yer alan kimi məsələyə "Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi dərhal reaksiya göstərib.

İstehsalat Birliyindən Adalet.az-a bildirilib ki, məlumat daxil olan anda Lənkəran Regional qaz istismar İdarəsinə tapşırıq verilib. Yerində araşdırma aparılaraq həqiqətən də Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi Birlik tərəfindən qarşılanıb və hal-hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.

"Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə baş sağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq.Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim Birliyin diqqətindədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq.