adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Iyul 2020 14:18
31857
ELM VƏ TƏHSİL
A- A+

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

"Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir.

İyulun 20-də saat 16:00-da "Sənədlərin saxlanılması və redaktəsi üçün bulud xidmətləri” mövzusunda vebinar keçiriləcək.

Qeyd edək ki, iyulun 6-dan etibarən "Virtual məktəb”də müəllim və şagirdlər üçün rəqəmsal bacarıqların inkişafı üzrə interaktiv vebinarlara start verilib. Vebinarların keçirilməsində məqsəd müəllimlərin tədrisdə yeni alətlərin tətbiqi ilə bağlı biliklərini genişləndirmək və şagirdlərdə alqoritmik düşüncə, proqramlaşdırma, kodlaşdırma kimi İKT bacarıqlarının formalaşdırılmasına dəstək göstərməkdir.

Hər həftə könüllü və ödənişsiz formada təşkil olunan vebinarlar barədə ətraflı məlumat "Virtual məktəb”in ümumi şagird və regional müəllim qruplarında, eyni zamanda layihənin rəsmi"Facebook”səhifəsində paylaşılır. Müəllim və şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşlərdə iştirak edə bilirlər.

Həmçinin yuxarıda adları qeyd edilən təlimlərlə yanaşı, "Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədi ilə davamlı olaraq "İngilis dilinin danışıq səviyyəsində tədrisi”, "Kurikulumun tədrisi”, "Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, "Fənlər üzrə ixtisas hazırlığı”, "Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi tədbirlər, şagirdlərin yay müddətini daha maraqlı və səmərəli keçirmələri məqsədi ilə "Bədii qiraət”, "Şahmat”, "Xalq çalğı alətləri”, "Rəqs”, "Toxunma əl işləri”, "Bacarıqlı əllər”, "Proqramlaşdırma dilləri”, "Riyazi təşəkkürün inkişafı” kimi dərnək və vebinarlar təşkil olunur.