adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Iyul 2020 09:32
55167
ŞOU-BİZNES
A- A+

Aparıcı Vüsalə paylaşım etdi: Silikonlu gözəlçələr, üzdəniraqlar...

Bildiyiniz kimi Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışıa qoşulan minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar. Bu çağrışa Xalq artisti Aygün Kazımova, Xalq artisti Tünzalə Ağayeva,Əməkdar artist Mehriban Xanlarova və bir neçə şou-biznesin qadın nümayəndələri də qoşulub.

Adalet.az xəbər verir ki, aparıcı Vüsalə Əlizadə bu mövzuda sosial şəbəkədə hesabında paylaşım edib.

"Son yaşadıqlarımız çox çətin, ağır, təsirlidir. Neçə gündür ölkənin bu durumundan sui-istifadə edib özünü reklam edənlər isə artıq ürək bulandırdı. Siz Allah bəsdirin, iyrəncliyinizi heç olmasa bu günlərdə ört-basdır edin ki, düşmən bizə baxıb gülməsin".




Aparıcı son günlər bir çox məşhurun sosial şəbəkədəki paylaşımlarını tənqid edərək yazır: "Hər yerin pisi də, yaxşısı da var, meşə çaqqalsız olmaz. Amma Vətəni qorumaq kimi şərəfli peşə kişilərin işidir. Özünü qoruya bilməyənlər Vətən qorumağa gedir. Yəni bu xalq o qədər aciz qaldı ki, sizə ümüd oldu? Paylaşımı zəifləyib, reklamı ölən silikonlu gözəlçələr, "kalaşnikovun" şəklini belə görməyən gədələr, "hərbi xidmətə yararsız" kağızı almaq üçün min hoqqadan çıxanlar... Hərbi komissarlığın önündə şəkil çəkdirib, özünüzə oxşayan yalançı xəbər səhifələrini işlədən üzdəniraq "bacişkalarınıza" "Qəhrəman" başlıqlarla xəbər yazdırıb, Azərbaycanın adını batırmayın. Bu millət Vətən uğrunda igid oğullar itirib, onların qanı ilə yoğrulan torpağı cılızlaşdırmayın. "Müharibə olsun" demək, dildə asandı, səngərdə olub güllə səsi eşitsəniz, dizləriniz çat verər. Qeyrətli oğullarımız yetərlidir bu Vətənə. Abrınız-həyanız olsun, şəhid ailələrinə hörmət edin. Analardan, bacılardan, gəlinlərdən, uşaqlardan utanın. Yığışdırın bu rəzilliyi. Hər kəsə şamil olunmur, savadla oxuyan bilir söhbət kimdən gedir".



Qeyd edək ki, Səfərbərlik üçün qeydiyyatdan keçən bəzi şoubiznesin kişi və qadın nümayəndələrini tənqid edən aparıcı Vüsalə Əlizadə yeni bir qalmaqalın təməlini qoymuş oldu. Davamı olacaq...

Əntiqə Rəşid