adalet.az header logo
  • Bakı 20°C
18 Iyul 2020 14:15
35173
İDMAN
A- A+

Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO

Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad ƏsgərovunOxu.Az-a bildirdiyinə görə, o, vaxtilə güləşlə məşğul olub və bir neçə dəfə erməni idmançılarla qarşılaşıb:

"1987-ci ildə – 16 yaşımda klassik güləş üzrə yeniyetmələrin SSRİ çempionatının finalında erməni idmançısı ilə qarşılaşmışam. Onu 15:4 hesabı ilə məğlub etmişdim. Bundan bir il sonra Qubadlıda sərbəst güləş üzrə Azərbaycan çempionu oldum.

O vaxt yunan-Roma güləşçiləri sərbəst güləş yarışlarında iştirak edə bilirdi. Bu yarışdan sonra Volqoqrada getdim. Orada da erməni idmançısını məğlub etdim. Nə məsələdirsə, o vaxtlar ermənilərlə tez-tez üz-üzə gəlirdim”.

Sonda Azad Əsgərovun Aqon Akopyanla qaydasız döyüşdə qazandığı qələbəni diqqətinizə çatdırırıq:

Qeyd edək ki, Azad Əsgərov MMA-da, rəsmi statistikaya görə, 26 döyüş keçirib. O, bunlardan 17-də qalib gəlib, iki görüşdə heç-heçə qeydə alınıb.