adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Iyul 2020 13:06
19923
İDMAN
A- A+

Messi “Barsa”nın Çempionlar Liqasında uğuruna inanmır

"Barselona” və futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi komandasında hazırkı Çempionlar Liqasını qazanmaq üçün perspektiv görmədiyini bildirib.

Gazeta.ru-nun məlumatına görə, bu barədə jurnalist Samuel Marsden məlumat yayıb.

L.Messi ardıcıl iki mövsüm evdə qazanılmış böyük üstünlüyün "Liverpul” və "Roma” ilə səfər qarşılaşmalarında itirildiyini xatırladıb.

"Azarkeşlərimizin səbri tükənir, çünki biz onlara sevinc bəxş etmirik. Əgər Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparırıqsa, şüurumuzda çox şey dəyişməlidir. Hər şey belə davam etsə, biz "Napoli”yə uduzacağıq”, - deyə, 33 yaşlı hücumçu bildirib.