adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Iyul 2020 11:51
55391
ŞOU-BİZNES
A- A+

Türkiyəli məşhurlardan dəstək nümayişi davam edir: Murad Boz da dərdimizə şərik oldu

Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu şəhid verib. Bu hadisəni bir çox türk məşhurları post paylaşaraq, başsağlığı verib. Bu gün isə Türkiyəli məşhur müğənni Murad Boz şəhidlərimizi anıb.

Adalet.az xəbər verir ki, müğənni instaqram hesabında Azərbaycan Türkiyə bayrağını paylaşaraq:

"Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına baş sağlığı diləyirəm" sözlərini yazıb.

Qeyd edək ki, xalqımıza dəstək olan müğənnilər Ebru Gündeş, Alişan, Gülbən Ərgən, Sərdar Ortaç, Seren Serengil, aktyorlar Oktay Kaynarca, Şahan Gökbahar, aparıcı Ece Erken, İvana Sert, Mahsun Kırmızıgül, Çağla Şikel, Merve Özbay və başqaları bu haqda paylaşımlar ediblər.

Əntiqə Rəşid