“Təbrik edirəm, əsgər, ata olmusan” - Nicat Həşimzadə yazır
Bir əsgər yoldaşımız ata olmuşdu. Bu hadisə Polad Həşimova tabor komandirimiz tərəfindən məruzə edilmişdi. Əsgər yoldaşım məzuniyyət haqqından istifadə etmişdi. Həm də yeni gəlmişdi məzuniyyətdən. Xəbər komandirə çatanda tapşırıq verdi ki, əsgəri yanıma gətirin
Dialoqu olduğu kimi yazıram.
- Komandirlərin səndən razılıq edir, əsgər yoldaşlarının da hörmətini qazanmısan. Qüsursuz xidmətə görə növbədən kənar 10 günlük məzuniyyət verilir sənə.
Kövrələn əsgər yoldaşımız deyir:
-Cənab polkovnik, axı mən yeni gəlmişəm məzuniyyətdən.
Səhər əsgəri komandirin otağına gətirirlər.
Taksi əsgəri düz evinə aparır. Sürücü əsgərə konvert verir :
- Komandir tapşırdı ki, ancaq evdə açsın.
Evdə zərf açılır, kağızda yazılıb: "Təbrik edirəm, əsgər, ata olmusan”
Və konvertin içində 170 manat vardı.
Belə böyük şəxsiyyət idi Polad Həşimov.