adalet.az header logo
  • Bakı 18°C
16 Iyul 2020 22:36
22501
İDMAN
A- A+

Çempionlar Liqasının oyunları Qətərdə

Asiya Çempionlar Liqasının Qərb bölgəsi üzrə oyunları Qətərdə keçiriləcək.

Qol.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFC) rəsmi saytı məlumat yayıb.

14 sentyabr - 3 oktyabr tarixlərində qrup mərhələsindən yarımfinala qədər olacaq bütün görüşlər Qətərdə oynanılacaq.

Bildirilib ki, Şərq Bölgəsində keçiriləcək oyunların ev sahibliyi üçün müraciətlər iyulun 24-nə qədər qəbul edilir.