adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Iyul 2020 21:00
10940
HADİSƏ
A- A+

Bakıda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb

Dünən saat 17:15 radələrindəBakının Yeni Suraxanı qəsəbəsindəqəbiristanlıq keşikçisi, 1957-ci il təvəllüdlü Sərdar Babayev zibillikdən yeni doğulmuş körpəninmeyitini tapıb.

Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, körpə oğlan aşkar edildiyigündən təxminən bir həftə əvvəl doğulub.

Araşdırma zamanı rayon polis idarəsinin əməkdaşları yeni doğulmuş uşağın valideynlərinin kimliyini müəyyənləşdiriblər.

Məlum olub ki, qadın (adı müəyyən səbəblərə görə, qeyd olunmur) vaxtından əvvəl doğulmuş körpəsini yerli xəstəxanalardanbirində dünyaya gətirib.

Bir müddət sonra körpə vəfat etdiyindən, həkimlər cəsədi dəfn etmək üçün valideynlərə təhvil veriblər.

Lakin valideynləri onu qəbiristanlığın yaxınlığında yerləşən zibilxanaya atıblar.

"Valideynlərin davranışından sarsıldıq və hesab edirik ki, belə insanların uşaq sahibi olmaq üçün mənəvi haqları yoxdur”, - deyə, hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib.