adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Iyul 2020 20:33
14392
SAĞLAMLIQ
A- A+

Koronavirusu ağır keçirən insanların əsas simptomu açıqlandı

Fransalı alimlər COVİD-19-u ağır formada keçirən pasiyentlərin əsas fərqləndirici xüsusiyyətini açıqlayıblar.

Bu barədə "Science” jurnalındakı məqalədə bildirilib.

Tədqiqatçılarkoronavirusa yoluxmuş müxtəlif simptomlu (yüngül öskürəkdən ağciyərlərin süni ventilyasiyası cihazına qoşulması məcburiyyətinə qalmağa qədər) 50 nəfərdə xəstəliyin gedişatınıaraşdırıblar.

Qan, toxumalar, immun hüceyrələri və digər biomaterialları təhlil etdikdən sonra alimlər belə bir nəticəyə gəliblər ki, ağır fəsadları olan insanların ümumi simptomu interferon reaksiyasında çatışmazlıq və iltihabın artmasıdır.

Belə ki, ağır pasiyentlərdə immun sistemi tərəfindən virusla mübarizə üçün istifadə olunan birinci tip interferonların çatışmazlığı müəyyən olunub.

Həkimlərin sözlərinə görə, məhz interferonların istehsalı koronavirus infeksiyasının gedişatını yavaşladır.

Nəticələr göstərir ki, interferon xəstənin simptomlarına və sağalmasına təsir göstərən əsas amildir və COVID-19 üçün uğurlu müalicə strategiyasının əsasını qoyur.