adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Iyul 2020 19:11
14954
DÜNYA
A- A+

Puqaçova və Qalkin üçün surroqat ana seçən qurum rəhbəri insan alverinə görə saxlanılıb

Məşhur rusiyalı ifaçı Alla Puqaçova və artist Maksim Qalkin üçün surroqat ana seçən Avropa Surroqat Analıq Mərkəzinin baş direktoru Vladislav Melnikovinsan alveri ilə bağlı cinayət işinə görə saxlanılıb.

Bu barədə "MoskovskiKomsomolets” xəbər verir.

O, hazırda xüsusi xəstəxanada konvoy nəzarəti altındadır.

Bildirilir ki, 53 yaşlı Melnikov iyulun 13-də müvəqqəti təcridxanaya yerləşdirilib, lakin xroniki xəstəliyinin kəskinləşməsi səbəbindən iyulun 15-dəonun üçün təcili yardım qrupu çağırılıb. Həkimlər saxlanılan şəxsi xəstəxanaya yerləşdiriblər.

Vladislav Melnikov daşıyıcı ana sahəsində tanınmış mütəxəssisdir.

Puqaçova və Qalkin cütlüyü üçün onun mərkəzində surroqat ana seçib. Bu barədə Melnikovun özü etiraf edib.