İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır
İran dinc yollar çərçivəsində Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində mətbuat konfransında deyib.
A.Musəvinin sözlərinə görə, son günlər Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə İranın Xarici İşlər Nazirliyi bu istiqamətdə fəaliyyətini artırıb. Çünki regionun əlavə qarşıdurmaya dözümü yoxdur.
Musəvi əlavə edib ki, İran iki ölkə arasında qarşıdurma baş verməsinin ardınca, iki tərəfi təmkinli olmağa dəvət edib və gərginliyin azalacağına ümid edir.
Digər Xəbərlər
24 Aprel 2024 20:48
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anı
24 Aprel 2024 18:49“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşı
24 Aprel 2024 14:37Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel 2024 14:36