adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyul 2020 14:05
9162
GÜNDƏM
A- A+

Sahil Babayev: DOST mərkəzləri ilə bağlı işlər davam etdirilir

DOST mərkəzləri ilə bağlı işlər davam etdirilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ilk altı ay ərzində DOST mərkəzlərdə 61 min vətəndaşımız qəbul edilib, onlara xüsusi xidmətlər göstərilib: "Vətəndaşlarımızın məmnunluq səviyyəsi 96 faiz təşkil edib. Hazırda 7 mərkəzin yaradılması üzərində də iş aparılır. Bunlar Binəqədi, Abşeron, Sumqayıt, Bərdə, Quba, Şəki və Sabirabad rayonlarında olacaq regional mərkəzlərdir və növbəti ilin birinci rübünün sonlarınadək bu mərkəzlərin əksəriyyətinin istifadəyə verilməsi planlaşdırılır.

Eyni zamanda, sosial layihələrimizin icrası istiqamətində dörd regionumuzda sosial infrastrukturumuz və regional bərpa mərkəzlərimiz artıq tam şəkildə təmir olunub və istifadəyə hazırdır. Bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki reabilitasiya mərkəzləridir. İlin sonuna qədər Şağan, Şirvan, Qəbələ və Şəmkirdə də reabilitasiya mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcəkdir".