adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Iyul 2020 13:49
11751
GÜNDƏM
A- A+

Azərbaycan bizim canımızdır!

Türk-Amerika Təhlükəsizlik Dərnəyi (TASFO) işğalçı terror dövləti, torpaq oğrusu, sözdə ölkə Ermənistanın Azərbaycan torpağı olan Tovuza hücumu sadəcə, hərbi cəbhədə işlənmiş bir cinayət deyil, eyni zamanda sivillərə Azərbaycan millətinə qarşı edilən cinayət kimi qəbul edir.

Bölgədə - Cənubi Qafqazda başlatdığı terror ilə torpaq ələ keçirmək siyasətini Rusiyadan dəstək alan qətliamları ilə Rəvan xanlığı torpaqlarında başladan ermənilər tarixi baxımdan heç bir vaxt çoxluq təşkil etmədiyi Qarabağda barbarlığını Xocalı soyqırımı ilə gerçəkləşdirib.

Bu gün də Gürcüstan sərhəddinə yaxın olan Azərbaycan torpağı Tovuza qarşı tükənməyən məkrli, kinli siyasəti və eyni terror zehniyyətilə hücum edib. Biz Türk-Amerika Təhlükəsizlik Dərnəyi (TASFO) olaraq qarşıladığımız bu işğal təşəbbüsünü qətiyyətlə pisləyirik.

Azərbaycan torpaqlarının Türiyə ilə təmasını 102 il öncə Rusiyanın dəstəyi ilə qurduğu sözdə ölkə ilə kəsən ermənilər Cənubdada Dağlıq Qarabağ ilə Naxçıvana olan məsafəsini uzadan bu işğalçı zehniyyət eyni taktikanı Azərbaycanın Türkiyə ilə əlaqəsində başqa bir yolu olan Tovuz marşrutunda da yenə işğalçı siyasəti və buradakı Bakı-Tbilisi-Ceyhan boru xəttini qəsb edərək Azərbaycanın iqtisadiyyatına zərbə vurmaq planları ermənlərin hələ də necə bir düşüncədə olduğuna və kimlərə xidmət etdiyinə bir daha hamılıqla XXI əsrdə də şahid oluruq.

ABŞ-da diaspor işləri ilə məşğul olan Türk-Amerika Təhlükəsizlik Dərnəyi hər zaman olduğu kimi öhdəsinə düşəni edəcək, Türk Dünyasının başqa bir ölkəsi olan qardaş Azərbaycana edilən bu təxribata qarşı qanuni və demokratik xalqlarımız içində etməyimiz lazım olan hər şeyi son addımına qədər gerçəkləşdirməkdə tərəddüd etməyəcəyik.

Bu arada professor Dr. Aygün Attar xanımın başqanı olduğu Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən irəli sürüləm BM Ermənistanın təcavüzü ilə bağlı fövqəladə toplanma çağırışını sadəcə dəstəkləməklə kifayətlənməyib, eyni zamanda da bu çağırışı daimi izləyəcəyimizi buradan duyururuq.

Yaşanan hadisələrdə həyatlarını itirən azərbaycanlı şəhid qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr, Azərbaycan ordusuna güc-qüvvət diləyirik!

Fatih Özonur

TASFO Qurucu, Başqan