adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyul 2020 13:38
50966
ŞOU-BİZNES
A- A+

“Kobra Pərviz”dən başsağlığı: "Çox kədərliyəm..."

"Kikboks üzrə 6 qat dünya çempionu, "Qəbələ" İdman Klubun üzvü, əməkdar idman ustası Pərviz Abdullayev ("Kobra Pərviz”)Türkiyədə populyar olan Survivor" yarışmasının işirakçısı olaraq çox məşhurlaşıb.

Adalet.az xəbər verir ki, Pərviz Türkiyədə verilişlərin birində qonaq olub.

O, qardaş ölkənin efirində şəhidlərimizi unutmayıb və bu fikirləri səsləndirib: "Tovuz rayonu istiqamətində döyüşlər baş tutub. Həmin döyüşlər zamanı şəhidlərimiz oldu. Bütün şəhid ailələrinə başsağlığı verirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Buna görə çox kədərliyəm”

Qeyd edək ki,Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.

Əntiqə Rəşid