adalet.az header logo
  • Bakı 13°C
16 Iyul 2020 13:04
46300
ŞOU-BİZNES
A- A+

2020-ci il bu məşhura düşdü: 70 yaşına keçdi, evləndi

2020-ci il "Yeşilçam”ın ən məşhur mənfi obrazlarının ifaçısı, sevilən aktyor Nuri Alço üçün uğurlu olub. Beləki o, maneken-aktyor həm ötən ay 69 yaşını qeyd etdi, həm də 32 illik subaylıqdan sonra ailə qurdu. Nuri bəy, özündən 33 yaş kiçik sevgilisi Burcu Sezginoğlu ilə evləndi. 13 ildir birlikdə olan cütlük nəhayət münasibətlərini rəsmiləşdirdi.
 
Oxucular üçün bildirək ki, 300-ə yaxın kinoda rol almış məşhur aktyor Nuri Alço 1951-ci ilin 26 iyununda anadan olub. Artıq 70 yaşına keçib.
 
Nuri Eskişehirdə doğulsa da, sonradan İstanbula köçüb. O, əvvəllər bank sahibi olub. Hər zaman şık geyiminə maraq olduğundan onu podiuma çıxmağa dəvət ediblər. Beləcə, N. Alço ünlü markaların simasına çevrilib.
 
 
Aktyorluğa da məhz bu istiqamətdən yönlənib. Daha doğrusu, efirlərdə görünən kimi onu tamaşalara, filmlərə çəkməyə başlayıblar.
 
Qeyd edək ki, Nuri Alço azərbaycanlıdır. Əsl adı Nurəddin, soyadı isə İbrahimovdur.
 
Əntiqə Rəşid