adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Vətənləşən bayraq - Emin PİRİ yazır

Emin Piri
65166 | 2020-07-18 10:00

O,Bakıda olsa da, ən böyük cəbhədə vuruşurdu. Ülvi də, həmfikirləri də... Hər yer səngər idi. Bakının səması da,insanları da... Ən böyük səngər elə düşüncələrdə, fikirlərdə, ruhunun savaşındayatmırmı?

Düşüncələrlə döyüşürdülər, ideologiya iləmübarizə aparırdılar. Fikirlər arasındakı fərqlər cəbhənin ən amansız döyüşyerləri, onları qəbul etməyən ürəklərsə Azərbaycan xalqının səngəriydi.

Qələmlə yazılanlar idi Bakı küçələrindəaxan qanları. Qələmlə bir xalqın edamına imzalanmış qərar. O qələminyazdıqlarını silirdi pozan kimi Bakı küçələrinə axan azadlıq şəhidlərinin qanı.

Şəhidlər Xiyabanından keçirəm. Şəhid məzarlarınınayaqları, sanki bu günün uşaqlarına doğru uzanmış azadlıq əlləridir. Üzüməhayqırır, ayaqlar da döyüşür, cənab, döyüşür. Şairlik duyğularım ədiblərimizinsahibsiz döyüşən ayaqlarını xatırladır. Dünənin bu gününə yazılmış şeirdəkikimi...

Krımda bir cüt uşaq qəbri kimi

dəfn eləyib ayaqlarını.

Arzularını qoltuq ağacı eləyib

dişləyib dodağını.

Nəağlayıb, nə də off! - deyib.

İndisoyuq dəyib,

qızdırma salıb onu yaman hala,

sayıqlayıryavaş-yavaş:

- Ay arvad,ayaqlarım üşüyür,

ayaq barmaqlarımı ovxala, -

Gilələnirgözlərində yaş...

(Fikrət Qoca)

Sumqayıtda bir qazi tanıyırdım. Qarabağdaminaya düşmüş ayağını əlinə götürüb, yalnız hospitala çatanda bayraq kimi əlindəqoruduğu ayağını ala biliblər ondan. Gileylənirdi, özünün hər zaman ayağındanbir neçə addım geri qaldığından:

...danlayır özünü hər səhər-axşam

əlini başına, dizinə çırpır:

o qaldı cəbhədə,

mənsə qayıtdım

ayağım özümdən qeyrətli çıxdı...

ŞəhidlərXiyabanında 20 Yanvar şəhidlərinin məzarından aşağı doğru enəndə beş yaşlıuşağın şəhid məzarı var.

Beş yaşlı uşağın məzarı...

Beş yaşlı uşağın...

Uşağın...

Beşiyə çevrilən məzarı "əmi"lərininyanındadır. Məzar əmilərinin, böyüklərinin... Təkliyini, uşaqlığını hiss etdirməyinona...

Sizə əmanətdir o beş yaşlı şəhid məzarı...

Şəhid şair Ülvi Bünyadzadədən 17 il sonradoğulmuşam. Amma indi ondan 12 yaş böyüyəm. 4 yaşımda şəhid olmuşÜlvidən. Gözümü qaçırdıram şəhid məzarlarından. Onların məsum baxışından vəyaşımdan.

Qorxuramməndən öncə doğulub məndən kiçik qalanların məzarının "Əmi, azadlıqsaatınızda zəngi neçəyə qoymusunuz oyanmağa, bəlkə saatınız geriyə işləyir?!"- kinayəli eyhamından...

Onlardansonra ikinci dəfə doğuldu Azərbaycan bayrağı...

"Bayraklarıbayrak yapan

üstündeki kandır

Toprakeğer uğrunda

ölen varsa vatandır".

Bayraqda üşüyən ruhu isidən geyimə çevrilə bilər. Ruhunun, qəlbinin azadlıq istəyininköynəyinə.

Yaşımızxatırlamağa imkan vermir, amma onların cücərtdiyi azadlıq toxumlarının bəhrəsini2016-cı ildə görmək bizə şəhid yox, şahid kimi qismət oldu.

2016-cı il Aprel döyüşləri zamanı Lələtəpəyüksəkliyi bir təpə olmaqdan əlavə, bir simvol idi. Xalqın məğlubluqsimptomlarını üzərindən atdı, qırılmış qürurunu özünə qaytardı. Lələtəpə üzərindədalğalanan bayraqla daha da böyük anlam, simvolluq daşımağa başladı. O yüksəklik,Lələtəpə zamanın bayraqdarıdır.

Onun uğrunda vuruşan hər kəs onunbayraqdarıdır.

Uğrunda canlar keçildikcə bu bayraq sadəcəbir parça deyil, canımızdan bir parçaya dönür. Simvolik anlamdan dalğalandığı,dalğalanmasını istədiyimiz, bütün yerlər vətənləşir.

Bayraq özü də bir vətənə çevrilir.

İndi onlar yoxdu. Əli Kərim ruhunun dediyikimi, simvolik anlamda olan o qollar, əslində, azadlıq ruhudur. Bu vətənuğrunda canını fəda edənlərin qollara çevrilmiş azadlıq hayqırtısı... Bizimləaddımlayan ruhları döyüşür, mübarizəyə səsləyir.

Qolu sındırılmış Babək.

Yurdu yandırılmış Babək.

Qan rənglibir arabada

Şərqboyda bir xarabada

Söyə-söyə,

Döyə-döyə,

Hamıyagörk olsun deyə

Kənd-kəndgəzdirilən Babək,

Ölübən-dirilənBabək;

Qollarınıgörməyəndə

Azcarahat olan Babək;

Birqırmızı yuxu içrə,

Uzaqlaradalan Babək.

DeyənBabək: - Aman, dostlar,

Hücum çəkinqoşun-qoşun,

Orda mənsizqılınc çalan

Qollarımlabir vuruşun.

Babəkinqollarını, onun qollarına çevrilən ruhunuzu salamlayıram, şəhidlər!


TƏQVİM / ARXİV