adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyul 2020 12:43
46765
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ŞƏHİD RUHUNUN PIÇILTISI

Anam, bacım... can yarım
Saçına əl uzatma....
Sizlə qalır anlarım -
Yolumu gəl, uzatma...

Ahını bük, at suya
Axıb getsin... qurtulsun...
Ad da tap qoy, ad, suya -
Hərdən bu ad tutulsun...

Qaşınızın arası
Qoymayın ki, düyülsün...
Darıxanda - xatirəm -
Üstünüzə yüyürsün...

Səngərdəki yerimə
Güllə dəyməz bir daha!
O yerdə olanlardan -
Danışmışam ...Allaha!

...Anam, ... bacım...can yarım
Sizi tez-tez görəcəm...
İndi ...var qanadlarım -
Yuxunuza dönəcəm!..