adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyul 2020 11:26
49677
ŞOU-BİZNES
A- A+

Çağla Şikel yenidən məhkəməyə ərizə verdi: Erməniəsilli Arto...

Türkiyə şou dünyasının ən dikbaş və acı dilli məşhurlarından olan erməni əsilli müğənni Arto hər zaman həmkarlarını təhqir etməklə gündəm ola bilmişdi. Əvvəlcə bildirək ki, gerçək adı Haruytan Dalqa,olan müğənni 90-cı illərdən bu günə qədər oldukça populyardi. Erməniəsilli Arto zəhərsaçan təhqirlərinə görə, davamlı olaraq məhkəmələrə verilir, təzminat ödəyir. 2-3 il əvvəl Türkiyənin məşhur aparıcısı Acun İlicalının sevgilisi və qızının anası Şeyma Subaşı müğənni Arto tərəfindən təhqir edildi. Ş.Subaşı onu məhkəməyə verdi. Qalib gəldi və təzminat aldı.

Ötən ilin sonunda isə model-aparıcı Çağla Şikel erməniəsilli müğənni-aparıcı Artonu məhkəməyə verdi və qalib gəldi.

Məhkəməyə səbəb olan mövzu isə modelin təhqir olunmasıdır. "Mini ətəklə necə oturub-durmalı” mövzusunda video çəkən Çağlaya Arto sərt reaksiya göstərib. O, modelin İnstaqram paylaşımına "Sən əvvəlcə sinəni göstərməməyi öyrət” yazaraq Şikelin illər əvvəl podiumda və efirdə sinəsinin açılmasına eyham vurub.



Çağla məhz bundan sonra Artonu məhkəməyə verib. Məhkəmə qərarına əsasən, Arto 3 ay Şikelə yaxınlaşa bilməyəcəkdi. Model məhkəmə qərarını İnstaqram səhifəsində paylaşaraq "Qadına hər cür şiddətə yox!” yazdı.

Adalet.az xəbər verir ki, Çağla yenidən məhkəməyə baş vurub. O bu dəfə ərizəsində Artoya 2 il 4 aya qədər həbs cəzası tələb edib.

Qeyd edək ki, Çağla Şikel tanınmış pop ifaçısı Emre Altuğ ilə 2008-ci ildə ailə həyatı qurub. Cütlük 12 yanvar 2015-ci ildə boşanıb. İki oğul övladları var.

Əntiqə Rəşid