adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Iyul 2020 11:09
17059
HADİSƏ
A- A+

Müdafiə Nazirliyi: Azərbaycana məxsus tank vurulmayıb

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib.

V.Dərgahlı  Adalet.az-a deyib ki, bu yanlış məlumatdır:

"Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.