adalet.az header logo
  • Bakı 18°C
15 Iyul 2020 20:25
13314
HADİSƏ
A- A+

Azərbaycanda sel gölü dağıtdı, 15 ton balıq tələf oldu - VİDEO

Dağlardan gələn sel suları hektarlarla əraziyə ziyan vurub, evləri su altında qoyub.

Baku TV xəbər verir ki, Şamaxıda bəndin dağılması nəticəsində balıqçılıq gölündə su tamamilə azalıb.

Göldə olan 15 tona yaxın balıq tələf olub. Qobustan rayonu, Yekəxana kəndiisə ən çox ziyan çəkən kəndlərdəndir. Kəndin daxilində yerləşən suötürücü borulardan daşan sel suları evlərə dolub, bostan və həyətyanı sahələrə ziyan dəyib.

Hadisə zamanı kəndin daxili yolları yararsız hala düşüb, avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Rayon rəhbərliyifəlakətdən ziyan çəkmiş kənd sakinləri ilə görüşüb, onların hallarından xəbərdar olub.

Hazırda təbii fəlakətin kəndə vurduğu ziyan araşdırılır.