adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Iyul 2020 14:45
53035
ƏDƏBİYYAT
A- A+

Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”

"Erməni təxribatçılarını şiddətli şəkildə qınayıram”.

Bu sözləri Xalq yazıçısı AnarKulis.az-a açıqlamasında son günlər baş verən hadisələrdən fikir bildirərkən söyləyib.

"Şəhidlərimizə Allah rəhmət eləsin. Ordumuzla qürür duyuram. Dövlətimizin, millətimizin, vətənimizin, torpağımızın tərəfində olmalıyıq. Düşmənlə mübarizə aparmalıyıq, bir-birimizlə yox”.

Yazıçı bu gün ziyalı sözünə daha çox ehtiyac duyulduğundan da danışıb:

"Belə anlarda da, həmişə də ziyalı sözünə ehtiyac var. Təki sözümüzü eşidən olsun. Xalqa sözüm odur ki, heç bir təxribata uymasınlar, bir olsunlar. Bu gün ən vacib olan şey birlikdir”.

Xalq yazıçısı sonda arzularını dilə gətirib:

"Qarabağın azad olmağını istəyirəm. Dinc yollamı, müharibə yoluylamı bilmirəm, onu tarix göstərəcək. Mən yalnız onu istəyirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”.