adalet.az header logo
  • Bakı 13°C
16 Iyul 2020 09:30
70439
MARAQLI
A- A+

Kəşfiyyat silahları: casus milçək və kartoflar

Kəşfiyyat xidməti istər müharibədə, istər diplomatik əlaqələrdə əvəzsiz rol oynayır. Buna görə də kəşfiyyatçılar ağlagəlməyən silahlardan, izlənmə vasitələrindən və alətlərdən istifadə edir.


Sizə kəşfiyyat tarixinə məlum olan ən qeyri-adi silahları, izlənmə vasitələrini təqdim edirik.

Qulaqlı ağac

XX əsrin 70-ci illərindən etibarən ABŞ kəşfiyyatı saxta ağac kötüklərinin içərisinə izləmə cihazları yerləşdirirdi. Həmin kötük-ağaclar Moskva ətrafındakı yaşıllıq və meşələrdə "əkilirdi”. Həmin kötüklər ətrafda baş verənləri izləyir, rusların radar və raket sistemlərinin hərəkətini qeydə alırdı. Daha sonra yığılan materiallar onun üzərindən uçanABŞpeykinə ötürülürdü. Beləliklə, bütün bu məlumatlar okeanın o tayına göndərilmiş olurdu.

Ölüm çətiri

Rus gizli kəşfiyyatları və Şərqi Almaniyanın STASİ təşkilatı öz müxaliflərini aradan götürmək üçün ölüm çətirindən istifadə ediblər. Çətirin üzərinə kapsul yerləşdirilir və yaxındakı adama atəş etmək olur. Bu zaman kapsul yerindən çıxır və hədəfdəki adamın bədəninə dəyir. Zəhərli kapsul işə düşür və həmin adam infarktdan qısa zamanda ölürdü.
Məşhur Bolqar yazar Georgi Markov daxil olmaqla onlarla müxalif insan bu silahla öldürülüb.

Məşhur Nobel mükafatçısı Aleksanr Solıjetsin də 1971-ci ildə bu silahla vurulub. Zəhərlənməsinə baxmayaraq onun həyatını xilas etmək olub.
2006-cı ildə Rusiya prezidenti Vladimir Putinin müxalifi Litvinenkonun radioaktiv yolla zəhərlənib ölməsi bu silah qorxusunu bir daha gündəmə gətirdi.


Gülümsəyin, KQB sizi çəkir!

KQB 70-ci illərdə izlənmə üçün daha çox istifadə etdiyi alətlərdən biri də palto düyməsinə yerləşdirilmiş fotoaparat olub. Agentlər izlədiyi yeri şəkillərə köçürmək üçün cibindəki aparatın düyməsini basır və bu zaman paltosunun düyməsi isə həmin ərazini lentinə köçürürdü. "Ajaks” adı verilən bu aparat KQB-nin işinə çox yarayıb.

Həyat qurtaran kapsullar

Kəşfiyyat xidmətinə çıxan agentlər əsir düşdükləri halda üzərlərində götürdükləri kiçik kapsulla xilas ola bilərdilər. Bu kiçik kapsulun içində çox kiçik alətlər olurdu.


İntihar eynəyi

MKİ agnetləri tərəfindən istifadə olunan bu eynəklərdə zəhərli kapsul yerləşdirlirdi. Əsir düşən agent əzablara dözməyib dövlət sirlərini açmaq istəməzdisə eynəyindəki həmin zəhərlə özünü öldürürdü.

Kəşfiyyatçı qartal

Casusluq tarixinin ən böyük olaylarından biri rusların amerikalılara hədiyyə etdiyi "qartal”la bağlı olub. 1946-cı ildə ruslar Moskvadakı ABŞsəfirliyinə onların simvolu olan qartal heykəlciyi hədiyyə etmişdi. Səfir Averel Harriaman onlara borclu qalmasın deyə həmin qartalı rəsmi otağında başının üstündən asdı. Bu onun Moskva kimi yerdə ən böyük səhvlərindən biri idi. Çünki, ruslar həmin qartalın içərisinə uzaqdan idarə olunan mikrofon yerləşdirmişdi. Bu yalnız 1952-ci ildə üzə çıxdı. Bu qədər zaman içindəsə Moskva səfirliyinin bütün danışıqları izlənildi...

Ayaqqabı dabanında casus

Yalnız böyük ölkələr deyil, digərləri də öz kəşfiyyatı üçün müxtəlif alətlər icad edirdi. Bunlardan biri ayaqqabı dabanına yerləşdirlmiş dinləmə cihazıdır. Daha çox rumın agentlər tərəfindən amerikalı casusları izləmək üçün istifadə olunub.

Amerikalı diplomatlar öz geyimlərini adətən olduğu ölkədən deyil, təhlükəsizlik naminə ABŞ -dan gətirdirdi. Ayaqqabılar Rumıniyaya göndərildikdə isə rumın agentlər poçtda həmin ayaqqabıların dabanına dinləmə cihazları yerləşdirirdi.

Peyin casuslar

MKİ tərəfindən istifadə olunan cihazlardan biri də təzək olub. Bəli, məhz bildiyiniz mal-qara təzəyi. Əsasən it təzəyi formasında olan bu peyinlərdə radioyönləndirici olurdu. Daha çox Vyetnam müharibəsində istifadə olunub. Həmin təzəklər amerikan qırıcılarını bombalanması lazım olan yerlərə yönləndirirdi.

Silahlı qəlyan

Daha çox ikinci dünya müharibəsində ingilis agentlər tərəfindən istifadə olunub. Tütün çəkən şəxs həmin qəlyanı yandırarkən daxildəki mərmi işə düşür və düz ağıza daxil olaraq hədəfi öldürürdü.

Saatlar şəkil çəkir

Ikinci dünya müharibəsindən sonra Almaniyada hazırlanan "Steineck” adlı saatlar həm də şəkil çəkirdi. Agent çəkmək istədiyi yerdə özünü saata baxırmış kimi aparır və bu zaman həmin cihaz öz işini görürdü. Həmin saatlar sadəcə 8 epizodu qeydə ala bilirdi.

Fotokameralı qələmlər

Gizli yerlərdə fotoaparatdan istifadə oluna bilməməsi MKİ-nı yeni modellər hazırlamağa məcbur etdi. 70-ci illərdən sonra istifadə olunan belə qələmlər içində şəkil çəkmək funksiyası olurdu. Hər hansı görüşdə gizli sənədlər həmin qələmlər vasitəsilə qeydə alınırdı. Amerikanlara işləyən sovet diplomatı Alesandr Oqorodnik KQB tərəfindən tutulana kimi yüzlərlə sənədin kopyasını ABŞ -a ötürdü. Tutulduqdan sonra MKİ-dan verilən zəhərli kapsulla özünü zəhərləyib öldürdü.

Dəmir pullar casusluq edir

50-ci illərdə KQB tərəfindən sitehsal olunan belə pulların içində gizli məktubları və məlumatları daşımaq olurdu. Iynə vasitəsilə dəmir pul açılır və içinə hər hansı bir məktub yerləşdirilirdi. Təbii ki, bu pullardan kimsə şübhələnmirdi. Yalnız sovetlərin ABŞ–dakı əsas casuslarından biri olan Rudolf Abel bu pullardan birini səhvən qəzet satan uşağa verdikdən sonra hər şey üzə çıxdı. Həmin pul sonradan FBİ-nin əlin keçdi. 4 il çəkən araşdırmalara baxmayaraq pulun əsas qaynağı tapılmadı.

Kömürlər bombaya çevrilir

Bomba kömürlər MKİ-nın atası sayılan OSS tərəfindən ikinci dünya müharibəsinin bir çox cəbhələrində istifadə olunub. Kömürə bənzəyən bombaları agentlər istədiyi yerdə kömür kimi boyaya bilirdi. Ocaqda qalandıqda isə dəhşətli bir partlayışın olmasını söyləməyə isə ehtiyac yoxdur...


Milçəklər də casusluq edir

MKİ tərəfindən hazırlanan milçək görünüşlü və boyda olan mikro təyyarələr düşmən cəbhəsində kəşfiyyat məlumatları toplayırdı.

"Fotoqraf” göyərçinlər

Öyrədilmiş göyərçinlərin üzərinə fotokamera yerləşdirilir. Onlar düşmən cəbhəsinə gedərək fotolar çəkir və sonradan öz yerlərinə qayıdırdı. Ilk dəfə olaraq belə bir şey alman əczaçısı Julius Neubronner tərəfindən tətbiq edilib. Göydən yerin mənzərəsini çəkmək üşün göyərçinlər yetişdirən əczaçı bunun patentini 1908-ci ildə aldı.

Sonradan unudulan belə əməliyyatlar 70-ci illərdə MKİ tərəfindən kəşfiyyata gətirildi.

Makyaj kodları

Qadın agentlər tərəfindən istifadə olunan makyaj qutusunun aynasında ərazinin müəyyən kodları və xəritəsi yerləşdirilir. Onlar düşdükləri çətin anlarda "makyajlanaraq” vəziyyətdən çıxmağa çalışır.

Dözümlü xəritələr

Əsasən qərbli agentlər üçün hazırlanan bu xəritələr suya davamlıdır. Agentlər çətin anlarda və şəraitdə bu xəritələrdən istifadə edirdi.

Kartoflarda radioötürücü var

Soyuq müharibə dövründə kəşfiyat bütün ərzaqlara, meyvələrə, tərəvəzlərə kimi qarışdı. Kartof görünüşlü və formasında hazırlanan bu alətlər müəyyən ərazilərə atılır. Həmin yerdə olan hər hansı hərəkətlilik isə onun daxilində olan anten vasitəsilə lazım olan yerlərə ötürülürdü.

Məktublarınız öncə oxunur?

İkinci dünya müharibəsində diplomatik yazışmaları oxumaq üçün yeni aparatdan istifadə olunurdu. Məktub açılmadan azacıq açıq olan yerinə həmin aparat salınır, məktub həmin aparatın ətrafına sarınır və çölə çıxarılırdı. Məktub oxunduqdan sonrasa eyni qaydada yerinə qoyulurdu.

Kompas düymələr

Geyimin önündə heç bir şübhə yaratmayan düymə-kompas yerləşdirilir. Üzərində olan sadə kiçik iynə kimsənin ağlına gəlmədən kompaslıq edir.


Emin Piri