adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Iyul 2020 14:34
10534
GÜNDƏM
A- A+

Erməni yalanının və artistliyinin daha bir bariz sübutu - VİDEO

İyulun 12-də Ermənistan silahlı qüvvələri yenidən öz mənfur istəklərinə çatmaq üçün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutublar. Hərbi təxribatın qarşısı layiqincə alınıb. Lakin ermənilər sosial şəbəkələrdə cəbhə bölgəsindən yalan, əsassız məlumatlar paylaşmaqla təxribatlarını davam etdirməyə çalışıblar. Yalanlara doymayan şərəfsizlərin növbəti təxribatı isə "Youtube” şəbəkəsinə yerləşdirdikləri video oldu. Dörd dəqiqəlik videoda bir erməni dığası işğalçı silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Quşçular kəndinin, eləcə də, 812-ci Hərbi hissənin vurulduğuna dair yalan informasiya yayıb. Ağlaya-ağlaya, təlaşlı bir səslə qeydə alınan videoda sünilik, yalan insanın ürəyini bulandırır.

Mən Dağlıq Qarabağın Xocavənd bölgəsinin Tuğ kəndində doğulduğum dan ermənilərin xislətini çox gözəl bilirəm. Onlarda şeytanın da bacarmadığı cadugünlük, maskalanma, təlxəklik və qorxaqlıq var. "Rol”u elə oynayırlar ki, ilk baxışda hər kəs inanır. Amma erməni xislətinə bələd olanlar bu insan cildli yaramazların iç dünyasını görür və onları susdurmağı bacarırlar. Elə yayımlanan həmin o video görüntüdə də erməni özü özünü ifşa edib. Təəssüf ki, bizim sapı özümüzdən olan baltalar və sadəlövh vətəndaşlarımız o video görüntüyə müxtəlif bucaq altından baxırlar. Bununla d adüşmən dəyirmanına su axıdırlar. Unudurlar ki, müharibə bir silah da dezinformasiyadır. Bundan mütləq qorunmaq lazımdır. Ordumuza, özümüzə, Ali Baş Komandanımıza güvənib yalnız qələbəyə inanmalıyıq. Qələbə bizim olacaq.