adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Iyul 2020 13:47
36282
SİYASƏT
A- A+

Qənirə Paşayeva: “Tovuzun heç bir kəndi boşaldılmayıb”

Dezinformasiyalara qarşı mübarizə aparılmalıdır. Tovuzun heç bir kəndi boşaldılmayıb, hər kəs evindədir. Bu istiqamətdə xalqımız ordumuza, Silahlı Qüvvələrimizə, dövlətimizə inanır və onların yanındadır.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, işğalçı Ermənistanın növbəti təxribatının arxasında nə dayandığını hamı bilməlidir.

"Bu gün hamımız birlik olmalıyıq. Mən insanların arasındayam. Orada hərbçilərimiz var ki, iki gündür ayaqqabısını çıxarmayıb. Onlar düşmənə layiqli cavab verir. Ermənilər və fəalları dezinformasiyalar yayırlar. Hətta bunu Azərbaycan dilində saxta profillərlə edirlər. İnsanlarımız rəsmi olmayan məlumatlara inanmasınlar. Bu gün hamımızın birlik olma zamanıdır".

Dünən Bakıda ordumuza dəstək nümayiş etdirən səmimi insanlara təşəkkür edən deputat baş vermiş xoşagəlməz hadisələrə görə təəssüf etdiyini deyib.

"Parlamentdə girib, binanı dağıtmaq, polisin maşınını çevirmək, başqa maşınlara zərbə vurmaq nə deməkdir? Onlara heç kəs inanmaz. Azərbaycan xalqı bunları edən təxribatçı şəxslərin addımlarını qınayacaq, cəmiyyətimiz onlara öz sözünü deyəcək".

Q. Paşayeva təxribatçı qüvvələrin hər zaman fəaliyyətdə olduğunu vurğulayıb, bu baxımdan vətəndaşları diqqətli olmağa çağırış edib.

"Bizim bir santimetr torpağımız da itirilməyib. Düşmən layiq olduğu cavabını alır. Biz burada hamımız ölərik, lakin düşmən heç nə əldə edə bilməz. Bizim professional ordumuz var. Ermənilər saxta profillərlə yazırlar ki, general-mayor orda nə gəzir və bəziləri də bunu tirajlayır. Biz qürur duymalıyıq ki, bizim general-mayorumuz Ermənistandakı zabitlər kimi gizlənmir. General mayorumuz əsgərimizin yanındadır. Polad Həşimov düşmənə gözdağı verdi ki, bu ölkənin general-mayoru əsgərinin qarşısında düşmənə cavab verir. Xalqımız Ali Baş Komandanın, dövlətin yanındadır. Əlbəttə, biz bu sınağdan da üzüağ çıxacağıq.

Gənclərimizə səslənirəm, ordumuz ön cəbhədə mübarizə apardığı kimi, siz də könüllü əsgər olub, sosial mediada dezinformasiyalara cavab verin. Xarici dillərdə rəsmi məlumatları dünyaya yayaq ki, işğalçı ölkənin vandalizmini görsünlər. Ermənilər Tovuzda xəstəxananın yaxınlığına atəş açıblar, dünən mülki vətəndaşımız həlak olub".