adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Iyul 2020 11:23
10186
MƏMLƏKƏT
A- A+

Şəhid generalımızın qardaşı: “Qardaşımın arzusu Qarabağı geri qaytarmaq idi”

"Qardaşımın arzusu Qarabağı geri qaytarmaq idi. Bunun üçün son damla qanından belə keçdi”.

Oxu.Az-ın məlumatına görə, bunu dəfn mərasimində şəhid general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov bildirib.

"Azərbaycan tarixində ilk səngərdə əsgərlə bir şəhid olan generaldır. Çalışaq ki, onun qanını yerdə qoymayaq”, - o qeyd edib.