adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Iyun 2021 10:04
84079
SAĞLAMLIQ
A- A+

Susuzluğun və böyrəklərin dərmanı: Qarpız

Artıq yay gəlib. Yandırıcı istilər başlayıb. Nə qədər çay, su içsənizdə əminəm susuzluğunuzu yatızdırmaq çətin olar.

 Belə bir zamanda hamının yadına sərin , şipşirin, özünəməxsus gözəl qoxusu olan qarpız dilimləri düşür. Bəli, yayın vazkeçilməz nemətlərindən biri də qarşızdır! 

Adalet.az xəbər verir ki, bir dilimi 50-60 kalori olan qarpız yayda həm sərinlik verir, həm də şəkərə olan ehtiyacı qarşılayır. 

Qarpızın faydaları Qarpızı hamı yeyə bilər. Qarpızın maye miqdarı yüksək olduğu üçün maye məhdudlaşdırması olan böyrək xəstələrinin diqqət edərək istehlak etmələri lazımdır. Mütəxəssislərin fikrincə, şəkər xəstələri qarpız yeyə bilər, amma miqdarına diqqət etməlidirlər. Çünki fruktoza qanda şəkərin səviyyəsini yüksəldir və miqdarı çox olarsa qanda şəkərin səviyyəsində arzuolunmaz yüksəlmələrə səbəb olur. Qarpız gündəlik meyvə ehtiyacını qarşılayar. Lif daşıdığı üçün bağırsaqları işlədir. Su ehtiva etdiyi üçün gündəlik istehlak etməyimiz lazım olan maye ehtiyacını qarşılayır. Tibb -elmi dərgilərdə bildirilir ki,qırmızı meyvələrdə antosiyanin və likopen yüksəkdir və bunlar ürək xəstəlikləri, infarkt və bəzi xərçəng növlərinə qarşı qoruyucudurlar. C vitamini və fol turşusu yüksəkdir. C vitamini xəstəliklərə qarşı qoruyucu ən yaxşı antioksidant vitaminlərdən biridir. Qırmızı meyvələr antioksidant xüsusiyyətlərə sahib bəzi flavonoidlər ehtiva edir. 

Qarpızın bu səbəblə xəstəliklərə qarşı qoruyucu və immuniteti canlandıran təsiri vardır. Mütəxəssislər belə hesab edirlər ki, qarpız çəyirdəyi ilə birlikdə yeyildikdə orqanizm üçün daha faydalı olur. Qarpız lif baxımından çox zəngin, həm də xolesterol səviyyəsi aşağı olduğundan bağırsağın fəaliyyətində müsbət rol oynayır. Böyrəkləri təmizləyir, tərkibində B və C vitamini olduğu üçün bədənə gümrahlıq gətirir, enerji verir. Qarpızın zərərləri də var Faydala təbii vitaminlərlə zəngin olan qarpız bəzi pozulmalar zamanı nəinki fayda vermir, hətta insana ziyan vura bilər. 

1. 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir. 

2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır. 

3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz. 

4. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər. 

5. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. 

6. Uşaq və hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Qarpız tez-tez zəhərlənməyə səbəb olur və həmçinin onun tərkibində nitratlar ola bilər. Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz. Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. 

Qarpızı hər hansı digər məhsulla birlikdə (çörək, pendir və s.) yeməyi tövsiyə edilmir.

 

Əntiqə Rəşid