adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Iyul 2020 09:54
17245
GÜNDƏM
A- A+

Şəhid general dəfn olundu - YENİLƏNİB

Ötən gün Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov son mənzilə yola salınıb.

Azvision.az xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib, havaya yayılım atəşi açılıb.

Daha sonra şəhid dəfn olunub.

Qeyd edək ki, general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb.

P.Həşimov Aprel döyüşlərində də iştirak edib. O, göstərdiyi şücaətə görə təltif olunub.