adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Iyul 2020 21:48
10841
HADİSƏ
A- A+

Azərbaycanla sərhəddə yerləşən bir sıra erməni kəndlərinin qaz kəmərləri zədələndi

Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliknəticəsində Tavuş istiqamətində bir sıra sərhəd kəndlərinin qaz xətləri zədələnib.

"Sputnik” agentliyi "Qazprom Ermənistan” şirkətinin yaydığı bəyanata istinadən xəbər verir ki, hazırda sərhəddə yerləşən Ayqepar, Nerkin, Karmiraxpyur və Çinari kəndlərində qaz təchizatı qismən dayandırılıb.

Şirkətdən bildirilib ki, qaz kəmərlərinin təmiri və qaz təchizatının bərpası vəziyyətin sabitləşməsindən sonra mümkün olacaq.