adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyul 2020 18:14
14966
SİYASƏT
A- A+

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərləəlaqədar bəyanat yayıb.

Oxu.Az-ın məlumatına görə, deputatlar sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

"Ölən Azərbaycan əsgərlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”,- bəyanatda deyilir.

Sənəddə deputat qrupunun üzvləri beynəlxalq birlik tərəfindən tanınan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının ardıcıl tərəfdarı olduqlarını vurğulayıblar.

"Biz münaqişə tərəflərini ehtiyatlı və təmkinli olmağa, vəziyyətin gərginləşməsinə yol verməməyə, beynəlxalq hüquqa və atəşkəs rejiminə əməl etmək üçün maksimum səy göstərməyə dəvət edirik”, - deyə, bəyanatda bildirilir.