adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Iyul 2020 15:43
11234
GÜNDƏM
A- A+

Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı - VİDEO

Erməni Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Namiq Əhmədovun cənazəsi doğulduğu Qazax rayonuna gətirilib.

Trend-in məlumatına görə, şəhidin cənazəsi rayonun Yuxarı Salahlı kəndindəki evinə gətirilib. Qazax rayon sakinləri şəhidin cənazəsini alqışlarla qarşılayıb.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq erməni silahlı bölmələri Aəzrbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində təxribat törətməkdə davam edir.