adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyul 2020 15:13
11100
GÜNDƏM
A- A+

Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü

Azərbaycanla sərhəddə gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti öldürülüb.

Trend-in məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin mayoru Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonu ərazisində təxribatlar törədir. Hazırda sözügedən ərazidə döyüşlər davam edir.