adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Iyul 2020 14:20
10903
GÜNDƏM
A- A+

Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər davam edir. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın yaşayış ərazilərini atəşdə saxlamağa çalışır.

V.Dərgahlı qeyd edib ki, əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır.