adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyul 2020 12:21
41982
ŞOU-BİZNES
A- A+

Məşhur cütlük ayrıldı - Səbəb

Məşhur komediya ustası, aktyor və rejissor Cem Yılmaz sevgilisi sabiq aparıcı və müğənni Dəfnə Samyeli ilə sürpriz şəkildə ayrıldı. Deyilənə görə, cütlüyün ayrılmasına səbəb qısqanclıq olmuşdu. Qısqanclıq Dəfnəni necə dəli edibsə, aktyorun evini tərk edərək,öz evinə köçüb. Dəfnə ayağını evdən bayıra qoyan kimi C.Yılmaz özünə yeni sevgili tapdı. Yeni deyəndə, yeni də deyil. Elə biçarə Dəfnənin qısqandığı həmin aktrisadı. Serenay Sarıkaya!.

Sevgiləri ilə cütlük o qədər diqqətləri üzərlərinə çəkdilər ki, hətta evlənəcəkləri xəbərləri gündəmi zəbt elədi . Yılmazla Sarıkayanın bu yay toy etmələri barədə şayiələr gəzdi. Bu fikri Serenayın anası Ümran Seyhanın Cem Yılmazla tanışıb söhbətləşməsi də təsdiq etdr.

Amma mövzuya damğanı müğənni Demet Akalın "Cem ilə Serenay evlənərsə, toylarında pulsuz oxuyaram” sözlərini dilə gətiməsi oldu.
,
Adalet.az xəbər verir ki, Türkiyə mediası yenidən Cem Yılmaz və Serenay Sarıkaya mövzusu ilə gündəmi silkələyib. Cütlüyün ayrılma xəbərləri və Serenayın xəyanəti hazırda ən çox müzakirə edilən mövzudu.

Əntiqə Rəşid