adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Iyul 2020 19:10
15019
SİYASƏT
A- A+

Moskvada yaşayan azərbaycanlılar Ermənistanın təxribatına sərt etiraz ediblər

İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı hiddətləndirib.

Oxu.Az-ın məlumatına görə, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev bildirib ki, doğma Azərbaycanda, xüsusilə də cəbhə bölgəsində baş verən hər bir hadisə Rusiyada yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, Tovuz istiqamətində gedən döyüşlər əsl erməni təxribatıdır və Rusiya azərbaycanlıları tərəfindən qəti şəkildəpislənilir.

Qeyd edək ki, dünəndən başlayaraq Rusiyadakı həmyerlilərimiz sosial media şəbəkələri və internet resursları vasitəsilə ölkə ictimaiyyətinə Azərbaycanın haqq səsini çatdırmaqdadır.

Təxribatın Dağlıq Qarabağ regionundan 100 kilometrlərlə kənarda – Azərbaycan-Ermənistan sərhədində baş verməsi, dinc əhalinin yaşadığı məntəqələrin atəşə tutulması, beynəlxalq hüquqa və normalara zidd olmaqla yanaşı, Ermənistan dövlətinin işğalçı mahiyyətini bir daha ifadə edir. Bundan başqa, bu təxribatı törətməklə Ermənistan hakimiyyətinin BMT Baş katibinin COVID-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarını sözdə dəstəklədiyini göstərir, beynəlxalq hüquq və çağırışlara qarşıriyakarlığını bir daha nümayiş etdirir.

Soydaşlarımız bildiriblər ki, görüntü naminə danışıqlar aparan ATƏT-in Minsk Qrupunu, bu təxribata, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə laqeydlik nümayiş etdirən Avropa Şurasını qınayırlar və bütün beynəlxalq qurumlardan Ermənistanın təxribatlarına və işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını tələb ediblər.